11 Avqust 2026, 15:36
FUTBOL
"Çelsi"nin qapıçısı Filip Yorqensen "Strasbur"a icarəyə verilib.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı danimarkalı qolkiperlə müqavilə 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Yorqensen 2024-cü ildə "Vilyarreal"dan "Çelsi"yə keçib. O, London klubunun heyətində 36 matçda meydana çıxıb, 39 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.












