PSJ-nin baş məşqçisi Luis Enrike komandasının ardıcıl üçüncü dəfə UEFA Çempionlar Liqasını qazanmaq niyyətində olduğunu bəyan edib.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
İspaniyalı mütəxəssis açıqlamasında bu fikirləri qeyd edib: "Qarşımızda unikal bir hədəf var – ardıcıl üçüncü Çempionlar Liqasını qazanaraq "Real"ın rekordunu təkrarlamaq. Avropa futbolunun tarixində belə bir nailiyyətin analoqu demək olar ki, yoxdur: madridlilərdən başqa heç kim bu kuboku ardıcıl üç dəfə qazanmayıb. Əminəm ki, hazırda Avropada bizdən daha yüksək motivasiyası olan ikinci bir komanda yoxdur".
Madrid "Real"ı Çempionlar Liqasında 2016, 2017 və 2018-ci illərdə qalib gəlib. Həmin dövrdə komandanın baş məşqçisi fransalı Zinəddin Zidan olub.
PSJ isə Çempionlar Liqasının 2025 və 2026-cı illərdəki qalibidir. Turnirin son mövsümünün finalında Paris təmsilçisi London "Arsenal"ına qalib gəlib (1:1, penaltilərlə 4:3).
Qeyd edək ki, PSJ avqustun 12-də UEFA Süperkuboku uğrunda matçda ötən mövsüm Avropa Liqasının qalibi olmuş "Aston Villa" ilə qarşılaşacaq.












