"Sabah" – "Orhus" matçına olan bütün biletlər satılıb.

"Sabah" – "Orhus" matçına olan bütün biletlər satılıb. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, paytaxt təmsilçisi azarkeşlərdən stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələrini xahiş edir.

Azarkeşləri stadionda Fan Zonada maraqlı fəaliyyətlər, müxtəlif hədiyyələr və sürprizlər gözləyir.

Qeyd edək ki, qarşılaşma "Bank Respublika Arena"da saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest