11 Avqust 2026, 12:08
FUTBOL
Londonun "Tottenhem" klubu niderlandlı müdafiəçi Mikki van de Venlə əməkdaşlığı uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi oyunçu ilə 5 illik yeni müqavilə imzalandığını elan edib. Futbolçu müqavilə müddətində 75 milyon avro qazanacağı bildirilir.
Daha əvvəl müdafiəçi ilə İspaniya "Barselona"sı və İngiltərə "Liverpul"unun maraqlandığı bildirilirdi.
Ötən Premyer Liqa mövsümündə Van de Ven 35 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.












