"Bavariya"nın hücumçusu Harri Keynin 2029-cu ilin yayına qədər Münhen klubunda çıxışını davam etdirəcəyi gözlənilir.

Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Bildirilir ki, ingiltərəli futbolçu tətildən qayıdacaq və yeni müqavilənin şərtlərini müzakirə etmək üçün Almaniya klubunun rəhbərliyi ilə görüşəcək.

Onun illik maaşının mühüm dərəcədə dəyişməyəcəyi və təxminən 25 milyon avro səviyyəsində qalacağı gözlənilir. Keynin "Bavariya" ilə hazırkı sözləşməsi 2027-ci ilin iyununa qədərdir.

Münhenlilər hücumçunu satmağı planlaşdırmır və onu uzun müddət heyətdə saxlamağa ümid edirlər.

Qeyd edək ki, təcrübəli forvard 2023-cü ilin yayında 100 milyon avro qarşılığında "Tottenhem"dən "Bavariya"ya keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest