10 Avqust 2026, 21:57
FUTBOL
"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo "Liverpul"un futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, keçid icarə əsasında baş tutub. Müqavilənin detalları açıqlanmır. İcarə müqaviləsinə 55 milyon avroluq satın alma variantı daxil ediləcək.
"Qırmızılar"ın heyətində 27 yaşlı uruqvaylı futbolçu 33 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 25/26 mövsümündə Arauxo klub səviyyəsində 38 matçda meydana çıxıb və 4 qol vurub. Uruqvaylı müdafiəçinin "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.













