Kuba milli komandasının 189 sm boya malik hücumçusu Kenia Karkases 2026/27 mövsümündə "Turan" voleybol klubunun heyətinə qoşulub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, beynəlxalq arenada böyük təcrübəyə malik olan Kenia yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında "Turan" voleybol klubunun uğurları üçün mübarizə aparacaq.

Karkases karyerası ərzində "Hisamitsu Sprinqs", "Siusad de La Habana", "Volero Sürix", "Moliko Ozasko", "Saitama Ageo Mediks", "Kasalmacore", "Peruca", "Vallefolya", "Novara", "Panatinaikos", "Cakarta BIN" və "Akademiya Sant’Anna Messina" kimi klublarda çıxış edib.

O, Kuba yığması ilə Panamerika oyunlarının, NORCECA çempionatının qalibi olub, Pekin Olimpiadasında 4-cü yeri tutub və müxtəlif beynəlxalq turnirlərdə çoxsaylı fərdi mükafatlar, o cümlədən MVP və ən yaxşı hücumçu titullarını qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest