Azərbaycanın qadın voleybol millisi Avropa çempionatına hazırlıq çərçivəsində Bakıda Latviya yığması ilə iki yoxlama oyunu keçirib.

Matc.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan hər iki qarşılaşmada Azərbaycan millisi qalib gəlib.

Komandamız ilk oyunda rəqibini 3:2, ikinci görüşdə isə 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa çempionatında C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. C qrupunun oyunları 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest