03 Avqust 2026, 16:24
FUTBOL
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirində ölkəmizi təmsil edən "Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli olub.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) klubunu keçərdə, "Tvente" (Niderland) – "DAK-1904" (Slovakiya) cütünün qalibi ilə qarşılaşcaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də, pley-off mərhələsinin qarşılaşmaları isə avqustun 20-də və 27-də keçiriləcək.













