Qapıçı Fran Qonsales Madrid "Real"ından "Sevilya"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə "Sevilya" klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı qapıçı ilə 30 iyun 2031-ci ilə qədər müqavilə bağlanıb. Müqavilənin maliyyə detalları açıqlanmır. "Real"ın bu keçid üçün təxminən 3 milyon avro alacağını, futbolçunun iqtisadi hüquqlarının 50 faizini özündə saxlayacağını və oyunçunu geri satın alma variantına sahib olacağı bildiriıir.

Qeyd edək ki, Qonsales "Real"a 2022-ci ilin yayında qoşulub. O, Madrid klubunun bütün aşağı yaş qruplarını keçib və 2024/25 mövsümündə Fran rəsmi olaraq əsas heyətdə debüt edib. Bu, komandasının evdə 1:2 hesabı ilə məğlub olduğu "Valensiya" ilə oyunda baş verib.

O, həmçinin İspaniyanın müxtəlif yaş qrupları üzrə (U-19, U-20 və U-21) yığmalarında çıxış edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 3 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest