02 Avqust 2026, 16:18
FUTBOL
"Qırmızı-qaralar" Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.
"Qəbələ" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "qırmızı-qaralar" Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.
24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın "Fortaleza", "Quarani" və "San Kaetano" komandalarının da formasını geyinib.
Qeyd edək ki, "Qəbələ" buna qədər Kouya Mabena, Natan Monzanqo, Karim Rossi, Uboçioma Meşak və Bruno Silvanı heyətinə cəlb edib.













