"Atalanta" və "Napoli" klubları "Kalyari"nin hücumçusu Sebastiano Espozito ilə yaxından maraqlanırlar.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, "Kalyari" rəhbərliyinin müqavilə şərtlərini yaxşılaşdırmaq istəməməsinə etiraz edən Espozito komandanın Ponte-di-Lenyo şəhərindəki məşq düşərgəsini tərk edib. O, komandanın Almaniyadakı mövsümöncəsi turnesinə yollanmayacaq.

Bu hadisədən sonra rəhbərlik hücumçunu satmaq qərarına gəlib və onun müqabilində 20 milyon avro tələb edir. Keçid reallaşacağı təqdirdə, transfer məbləğinin 40 faizi futbolçunun əvvəlki klubu olan Milan "İnter"inə qismət olacaq.

Espozito ilə "Napoli" və "Atalanta" ilə yanaşı, İngiltərənin "Hall Siti" klubu da maraqlanır. "Atalanta" artıq 24 yaşlı hücumçu üçün 5 milyon avro və Daniel Maldinini təklif edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest