FİFA prezidenti Canni İnfantino prezidentlik müddəti başa çatdıqdan sonra "FİFA Forward Enterprise" müəssisəsinin komissarı vəzifəsini tutmağı planlaşdırıb.
FİFA prezidenti Canni İnfantino prezidentlik müddəti başa çatdıqdan sonra "FIFA Forward Enterprise" müəssisəsinin komissarı vəzifəsini tutmağı planlaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşrinin baş reportyoru Martin Ziqler sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, dünya çempionatı da daxil olmaqla bir sıra turnirlərin keçirilmə hüququnun ötürülməsi, həmçinin bu təşkilatdakı payın kənar investorlara satılması nəzərdə tutulan yeni strukturda onun bonuslar nəzərə alınmadan illik baza maaşı 30 milyon dollar təşkil etməli idi.
Daha əvvəl mətbuatda FİFA rəhbərinin yaradılmaqda olan "FIFA Forward Enterprise" (FFE) şirkətindəki payı satmaq niyyəti barədə məlumatlar dərc olunmuşdu. Yeni struktur federasiyanın kommersiya fəaliyyətini və turnirlərin təşkilini birləşdirməli idi. Lakin sonradan funksionerlərin etirazları, boykot təhlükəsi və FİFA rəhbərliyindəki fikir ayrılıqları səbəbindən bu təşəbbüsün ləğv edildiyi barədə məlumat yayılıb.
Həmçinin İnfantinonun hazırladığı satış planının şəxsən ona 10 milyonlarla funt-sterlinq qazandıra biləcəyi qeyd olunurdu. Danışıqlar ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə aparılıb. Bir sıra futbol təşkilatları və idman xadimləri bu təşəbbüsü pisləyiblər.













