2026/2027 mövsümünə hazırlıq çərçivəsində Madrid "Real"ı və "Fiorentina" arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.
Matc.az xəbər verir ki, Avstriyanın Klaqenfurt şəhərindəki "Verterzee" stadionunda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda ilk qolu 12-ci dəqiqədə "Real"ın hücumçusu Endrik vurub. Hücumçu Aleksis Siriya 24-cü dəqiqədə madridlilərin üstünlüyünü artırıb.
İtaliya klubunun hücumçusu Roberto Pikkoli 41-ci dəqiqədə fərqi azaldıb. "Fiorentina"nın digər hücumçusu Moyze Kin isə 58-ci dəqiqədə Madrid klubunun qapısına ikinci qolu vuraraq yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, İspaniya çempionatının ötən mövsümündə "Kral klubu" 86 xalla ikinci yeri tutub, İtaliya A Seriyasında isə "Fiorentina" 42 xalla 15-ci pillədə qərarlaşıb.













