35 yaşlı ingiltərəli hücumçu Denni Uelbek London "Çelsi"si ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin heyətində 42 matça çıxan hücumçu 2028-ci ilə qədər müqavilə imzalayıb və mövsümöncəsi tur zamanı Xabi Alonsonun komandasına qoşulacaq.

Denni Uelbek "Mançester Yunayted"in yetirməsidir və o, bu komandanın əsas heyətində də çıxış edib. Bundan başqa, futbolçunun karyerasında "Arsenal", "Uotford" və digər klublar yer alıb.

Oyunçu 2020-ci ildən "Brayton"un şərəfini qoruyurdu. Uelbek ötən mövsüm çıxdığı 40 matçda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest