"Qalatasaray" uzun müddətdir orta xəttə etmək istədiyi gücləndirmə üçün axtardığı oyunçunu İtaliyada tapıb.

Matc.az xəbər verir ki, "sarı-qırmızılılar" baş məşqçi Okan Burukun verdiyi siyahı əsasında hərəkətə keçərək "Napoli"dən ayrılmağa hazırlaşan Kevin De Brüyne ilə maraqlanmağa başlayıblar.

35 yaşlı belçikalı ulduz İtaliya klubundan ayrılmağı qətiləşdirib və bu məqsədlə menecerinə tam səlahiyyət verib.

Təcrübəli yarımmüdafiəçi ötən mövsüm "Napoli" forması ilə çıxdığı 21 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest