01 Avqust 2026, 17:42
FUTBOL
İngiltərənin vitse-çempionu "Mançester Siti" və İtaliya çempionu "İnter" arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.
Matc.az xəbər verir ki, Honkonqdakı "Kay Tak" stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Matçın 15-ci dəqiqəsində İngiltərə təmsilçisinin hücumçusu Diven Mubama hesabı açıb. 20-ci dəqiqədə isə "İnter"in müdafiəçisi Benjamin Pavar tarazlığı bərpa edib.
Penaltilər seriyasında daha dəqiq oynayan "İnter" 3:1 hesabı ilə qələbə qazanıb.
Premyer Liqanın ötən mövsümündə "Mançester Siti" 78 xalla ikinci yeri tutub, İtaliya A Seriyasında isə "İnter" 87 xalla mövsümü ilk pillədə başa vurub.












