"Çelsi"nin hücumçusu Joao Pedro London klubu ilə yeni müqavilə imzalayacaq.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Braziliyalı hücumçunun London klubu ilə hazırkı müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub. "Zadəganlar"ın yaxın həftələrdə müqaviləni yeniləyəcəyi yeganə futbolçunun o olmadığı qeyd edilir.

Joao Pedro 2025-ci ilin iyulunda 60 milyon funt-sterlinq qarşılığında "Brayton"dan "Çelsi"yə keçib. O, Premyer Liqanın ötən mövsümündə 35 matçda meydana çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edərək komandanın ən məhsuldar oyunçusu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest