01 Avqust 2026, 14:46
FUTBOL
Emers Fae Fil Diş Sahili millisinin baş məşqçisi postunu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə Fil Diş Sahili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Faenin müqaviləsi cari il iyulun 31-nə qədər qüvvədə olub və yenilənməyib. 42 yaşlı mütəxəssis 2024-cü ilin fevralından komandaya rəhbərlik edirdi. Onun başçılığı altında komanda 32 matç keçirib, bunlardan 21-də qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 7 məğlubiyyətlə üzləşib.
2026-cı il Afrika Millətlər Kubokunda 1/4 finala qədər irəliləyən Fil Diş Sahili burada Misirə uduzub, 2026-cı il dünya çempionatında isə qrupda ikinci yeri tutduqdan sonra 1/16 finalda Norveç yığmasına məğlub olaraq turnirlə vidalaşıb.













