01 Avqust 2026, 14:38
FUTBOL
"İnter" "Tottenhem"in və Argentina millisinin mərkəz müdafiəçisi Kristian Romeronun transfer şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə "ESPN Argentina" məlumat yayıb.
Bildirilir ki, transfer məbləği 40 milyon avro təşkil edəcək. Oyunçu özü maaş tələblərini azaltmağa razılaşıb və "İnter"də ildə 5,5 milyon avro qazanacaq.
Romero 2021-ci ilin yayından "Tottenhem"də çıxış edir. Lakin bu yay 28 yaşlı argentinalı London klubunu tərk etmək qərarına gəlib.
Romero ümumilikdə "Tottenhem"də 156 matçda meydana çıxıb, 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda ilə birlikdə 2024/25 mövsümündə Avropa Liqasının qalibi olub. Müdafiəçinin müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.













