"Real"ın müdafiəçisi Raul Asensio yetkinlik yaşına çatmayan şəxsin intim videosunu yaymaqda ittiham olunduğu iş üzrə həbs cəzası ala bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçu iştirakçının razılığı olmadan çəkilmiş videoiyazını üçüncü şəxslərə ötürməkdə, həmçinin pornoqrafiya yaymaqda ittiham olunur.
Asensionun özü intim səhnədə yer almayıb. O, videonu tanışlarından istəyib və daha sonra kənar şəxsə göstərib. Prokurorluq 23 yaşlı oyunçu üçün iki il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edir.
Məhkəmə prosesi 2026-cı il sentyabrın əvvəllərində keçiriləcək. Asensio ilə birlikdə "Real"ın gənclər akademiyasındakı 3 sabiq komanda yoldaşı – Ferran Ruis, Xuan Rodriqes və Andres Qarsiya da məhkəmə qarşısına çıxacaq.
Raul Asensio "Madrid" klubunun yetirməsidir. Onun hesabında komandada 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qaldığı 134 matç var.













