"Barselona" "Benfika"nın və Yunanıstan millisinin hücumçusu Vangelis Pavlidisi transfer etmək variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, İspaniya çempionu MLS-ə transfer olunan Robert Levandovskiyə əvəzləyici axtarışlarını davam etdirir. Xulian Alvares variantı getdikcə daha az real göründüyündən, "Barselona" diqqətini Pavlidisinə yönəldib.

27 yaşlı yunanıstanlı futbolçunun "Benfika" ilə müqaviləsi 2029-cu il iyunun sonuna qədər qüvvədədir, onun transfer dəyəri isə 28 milyon avro qiymətləndirir. Bir müddət əvvəl Pavlidis Avropa Liqasının II təsnifat mərhələsində "Sankt-Qallen"ə qarşı keçirilən və 5:0 hesabı ilə başa çatan matçda poker edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest