Çexiya milli komandası ispaniyalı mütəxəssis Santyaqo Deniyanın yeni baş məşqçi təyin olunduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilə 2 illik əməkdaşlıq üçün nəzərdə tutulub və 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq. Sazişdə əməkdaşlığın müddətinin uzadılması barədə bənd də yer alıb. Onun məşqçilər heyətinə assistenti Pablo Amo da daxil olub.

Qeyd edək ki, Deniya Çexiya milli futbol komandasının tarixində ilk əcnəbi baş məşqçi olub.

Daha əvvəl 52 yaşlı mütəxəssis İspaniyanın müxtəlif yaş qrupları üzrə yığma komandalarında məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında "Furiya Roxa" 2024-cü ildə olimpiya qızılını qazanıb, U-19 və U-17 komandaları isə Avropa çempionu olub.

"Mən İspaniyada doğulmuşam və 15 il federasiyada çalışmışam, lakin indi vəziyyət dəyişib – mən İspaniyaya qalib gəlmək istəyirəm", – deyə Deniya təyinatı barədə danışarkən bildirib.

Xatırladaq ki, "şirlər" bu ilin iyun ayının sonundan bəri baş məşqçisiz qalmışdı. Çexiya millisi 2026-cıil dünya çempionatının qrup mərhələsindən kənarlaşdıqdan sonra Miroslav Koubek ilə əməkdaşlığa xitam verilməsi qərara alınmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest