Beynəlxalq Futbol Federasiyası dünya çempionatında iştirakçı komandaların sayının 64-ə çatdırılması imkanlarını araşdırmaq üçün müstəqil komissiya yaratmağı planlaşdırır. Ali futbol qurumu növbəti turnirlərin formatında böyük dəyişiklik etməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "Sky News" telekanalının jurnalisti Rob Harris sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, komissiya bu qərarın bazar tələbatını və sistemli fəsadlarını qiymətləndirməlidir. Müstəqil komissiya avqustun 7-də bir araya gələcək, bir həftə sonra FİFA bu məsələ ilə bağlı yekun qərarını verəcək, sentyabrın 11-də isə təhlilin nəticələrini rəsmən dərc edəcək.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında ilk dəfə olaraq 48 yığma komanda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest