"Fənərbaxça" cinah transferi üçün planlarını dəqiqləşdirib. İstanbul təmsilçisi İtaliyanın "Milan" klubu ilə Rafael Leao üçün danışıqlar aparsa da, alternativ variantları da müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərənin "Kristal Pelas" klubunda çıxış edən 28 yaşlı seneqallı sağ cinah hücumçusu İsmayla Sarr "sarı-lacivertlilər"in siyahısına daxil edilib.
Seneqallı ulduzun İngiltərə təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər müqaviləsi var. Bazar dəyəri 45 milyon avro olan futbolçunu "Mançester Yunayted" də yaxından izləyir.
Sarr ötən mövsüm "Kristal Pelas" ilə Konfrans Liqasının qalibi olub. Karyerası ərzində 2018, 2022 və 2026-cı illərdə dünya çempionatında çıxış edən seneqallı futbolçu performansı ilə diqqət çəkib. Sözügedən turnirdə 11 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan ulduz oyunçu, sonuncu dünya çempionatında adından söz etdirib.
O, ölkəsi Seneqal ilə DÇ-2026-da meydana çıxdığı 4 qarşılaşmada 4 qol vurub və 2 məhsuldar ötürmə edib.













