Çin milli komandasının 196 sm boya malik blokçusu Yanq Hanyu 2026/27 mövsümündə "Turan" voleybol klubunun heyətinə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Çin voleybolunun aparıcı oyunçularından biri olan Yanq yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandanın uğurları üçün mübarizə aparacaq.
Təcrübəli voleybolçu karyerası ərzində "Beyjin BAİC Motor" (2017/18), "Zhejianq Jiaxinq Xitanq Ancient Town" (2018/19), "Quandunq Everqrand" (2019/20) və "Şandunq Rizhao Steel" (2019–2026) klublarında çıxış edib.
O, milli komandanın heyətində U19 Asiya çempionatı (2016), U21 dünya çempionatı (2017), Voleybol Millətlər Liqası (2018, 2019, 2023), FIVB dünya çempionatı (2018, 2022), FIVB dünya çempionatı (2019), "Tokyo Challenge Cup" (2021), Asiya çempionatı (2023) və Olimpiya təsnifat turnirində (2024) müvəffəqiyyətlərlə yadda qalıb.
Yanq Hanyunun fərdi nailiyyətləri sırasına U19 Asiya çempionatının ən yaxşı blokçusu (2016), U21 dünya çempionatının MVP-si və ən yaxşı blokçusu (2017), FIVB Klublararası dünya çempionatının ən yaxşı blokçusu (2018/19), Asiya çempionatının ən yaxşı blokçusu (2019, 2023), Çin liqasının (2024/25, 2025/26) və Çin milli çempionatının (2024/25) ən yaxşı blokçusu mükafatları daxildir.













