Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatları tarixində ən çox oyuna çıxan mütəxəssis olub.

Matc.az xəbər verir ki, bu barədə "OptaJean" portalı məlumat yayıb.

Bildirilir ki, fransız mütəxəssis İspaniyaya qarşı keçirilən dünya çempionatının yarımfinal oyununda komandasına rəhbərlik edir. Bu, Deşamın dünya çempionatlarında 26-cı matçıdır. O, AFR millisini 25 dünya birinciliyi oyununa çıxarmış məşqçi Helmut Şönü geridə qoyub.

Xatırladaq ki, turnirin əvvəlki mərhələsində İspaniya yığması 1/4 finalda Belçikaya 2:1 hesabı ilə qalib gəlib. Fransa isə yarımfinala gedən yolda Mərakeşdən üstün olub – 2:0.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin həlledici qarşılaşması ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq. Dünyanın son çempionu isə Argentina millisidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest