14 İyul 2026, 20:06
FUTBOL
"Şamaxı" Portuqaliyanın "Paredes" klubundan mərkəz müdafiəçisi Rui Paşekunu heyətinə qatıb.
"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, komanda Portuqaliyanın "Paredes" klubundan mərkəz müdafiəçisi Rui Paşekunu heyətinə qatıb.
24 yaşlı futbolçu növbəti 2 mövsümü "Şamaxı"da keçirəcək.













