09 İyul 2026, 22:37
FUTBOL
Bölgə təmsilçisi Karim Rossini heyətinə qatıb.
"Qəbələ" yay "transfer pəncərəsi"ndə heyətini daha bir futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bölgə təmsilçisi Karim Rossini heyətinə qatıb.
İsveçrəli hücumçu ötən mövsümü "Şamaxı"nın heyətində keçirib. 32 yaşlı futbolçu geridə qalan mövsümdə Premyer Liqada 10 qol vurmaqla "Şamaxı"nın bombardiri olub.
Qeyd edək ki, "Qəbələ" bunadək Kouya Mabena ("Floriana", Malta) və Natan Monzanqonu (Son klubu "Bravo", Sloveniya) heyətinə cəlb edib.













