09 İyul 2026, 21:10
FUTBOL
"Barselona"nın yetirməsi Oskar Minqesa İngiltərənin "Kristal Pelas" klubuna keçib.
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı ispaniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Minqesa İspaniyanın "Selta" klubu ilə müqavilə müddəti başa çatdıqdan sonra "Kristal Pelas"a azad agent statusu ilə qoşulub. Müdafiəçi bu yay klubun yeni baş məşqçisi Pyer Jajenin rəhbərliyi altında reallaşan ilk transfer olub.
Oskar Minqesa 2022-ci ilin yayından "Selta"da çıxış edirdi. Onun aktivində İspaniya millisinin heyətində keçirdiyi 4 matç da var. "Transfermarkt" portalı oyunçunun dəyərini 18 milyon avro qiymətləndirir.













