09 İyul 2026, 20:24
FUTBOL
"Lids"in sabiq qapıçısı, 26 yaşlı İlyan Melye "Arsenal"la müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.
26 yaşlı fransalı futbolçu ilə bağlanan sözləşmənin detalları açıqlanmır. O, yeni komandasında 30 nömrəli formada çıxış edəcək.
Melye "Lids"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu qazanmışdı. Melye 2020-ci ilin iyulundan bəri "Lids"in şərəfini qoruyub və ümumilikdə 215 matçda meydana çıxıb. Bu oyunlarda o, qapısından 286 top buraxıb və 70 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.













