04 İyul 2026, 21:18
TOP OYUNLARI
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, təmsilçimiz Uqanda yığması ilə üz-üzə gəlib.
Qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb - 18:15.
Yarımfinal oyunu bu gün saat 21:50-də keçiriləcək.
Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.













