03 İyul 2026, 11:45
TOP OYUNLARI
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında mübarizəyə bu gün start verir.
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında mübarizəyə bu gün start verir.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandamız turnirin əsas mərhələsində A qrupunda yer alıb. Təmsilçimiz bu qrupda Macarıstan və Slovakiya yığmaları ilə qarşılaşacaq.
"Ağ-qaralar" ilk oyununda saat 19:30-da Macarıstan seçməsi ilə üz-üzə gələcək.
Basketbolçularımız qrupdakı növbəti matçında isə saat 21:35-də Slovakiya komandasına qarşı mübarizə aparacaq.













