FIFA 2029-cu ildə keçiriləcək klublararası dünya çempionatının iştirakçı sayını 32-dən 48-ə çatdırmaq üçün Avropa Klublar Assosiasiyası (ECA) ilə birgə iş aparır.

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2029-cu ildə keçiriləcək klublararası dünya çempionatının iştirakçı sayını 32-dən 48-ə çatdırmaq üçün Avropa Klublar Assosiasiyası (ECA) ilə birgə iş aparır. Bu addım turnirdə İngiltərə Premyer Liqasından daha çox klubun iştirakına şərait yarada bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, "Çelsi"nin ötən il klublararası dünya çempionatındakı qələbəyə görə təxminən 84 milyon funt-sterlinq qazanmasından sonra Avropanın böyük komandaları turnirə vəsiqə qazanmaq şanslarını artırmaq üçün FIFA-dan yarışın genişləndirilməsini xahiş ediblər.

Xatırladaq ki, həmin dövrdə İngiltərə, İspaniya və İtaliya çempionları olan "Liverpul", "Barselona" və "Napoli" turnirdən kənarda qalmışdılar. Buna səbəb Çempionlar Liqasının son dörd qalibi və UEFA əmsalları ən yüksək olan 8 klubla məhdudlaşan seçmə mərhələ qaydaları idi. FIFA həmçinin hər ölkədən iştirakçı sayını maksimum iki klubla məhdudlaşdırmışdı.

İndi isə bu limitin ləğv edilməsi variantı nəzərdən keçirilir ki, bu da UEFA reytinqində ilk "8-lik"də yer alan "Arsenal", "Liverpul" və "Mançester Siti" kimi İPL klublarının xeyrinə ola bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest