"Real" Madridin baş məşqçisi Joze Mourinyo onun təyinatından sonra klubun ötən mövsüm problem yaşayan futbolçuları satacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə "Beast Mode On" "YouTube" kanalına açıqlama verib:

"Mən insanların Joze Mourinyonun "Real"a gələcəyini və guya ötən mövsüm problemi olan bütün futbolçulardan canını qurtaracağını dediklərini oxudum. Xeyr! Mənə bu futbolçular lazımdır. Mənə ən yaxşı oyunçular lazımdır. İndi mən onlardan komanda yaratmağın yolunu tapmalıyam".

Xatırladaq ki, daha əvvəl mediada "Real"ın Mourinyonun gəlişindən sonra yarımmüdafiəçilər Aurelien Tçuameni və Eduardu Kamavinqa ilə yanaşı, müdafiəçi Raul Asensionu da sata biləcəyi barədə xəbərlər yayılmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest