"Atletiko"nun hücumçusu Xulian Alvares yay transfer pəncərəsində klubunu dəyişməkdə tam qərarlıdır.
Matc.az xəbər verir ki, argentinalı futbolçu Kataloniya klubuna keçmək xatirinə digər bütün karyera variantlarından qəti şəkildə imtina edir.
İnsayder Matteo Moretto sosial şəbəkə hesabındakı paylaşımında ulduz forvardın planlarının bəlli olduğunu bildirib:
"Xulianın İngiltərəyə qayıtmaq niyyəti yoxdur, PSJ-yə keçmək də istəmir - onun tək istəyi "Barselona"dır. Kataloniyalılar da onun transferi üçün addımlar atacaqlar. Baxaq görək onlar 130-140 milyon avroluq tələbi yerinə yetirə biləcəklərmi. Məncə, "Atletiko" və "Barsa" hələ danışıqlar aparacaq. Oyunçunun "Atletiko"da qalma ehtimalı da çox aşağıdır, çünki Xulianla Dieqo Simeonenin ulduzu barışmır".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest