Argentina millisinin futbolçuları komandanın hücumçusu və kapitanı Lionel Messini ad günü münasibətilə təbrik ediblər.

Matc.az xəbər verir ki, bu gün ulduz futbolçunun 39 yaşı tamam olub.

Hazırda Argentina yığması 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ-dadır. Xatırladaq ki, turnir eyni zamanda Meksika və Kanadada keçirilir.

Messi öz sosial şəbəkə səhifəsində komanda yoldaşları ilə birlikdə fotoşəkil paylaşaraq bu sözləri yazıb: "Ötən gecəyə xoş bir sürprizlə başladıq. Təşəkkür edirəm!"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest