Hari Onil "İpsviç"in baş məşqçisi vəzifəsinə təyin olunub.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Onil ilə "İpsviç" arasındakı müqavilənin şərtləri və müddəti barədə məlumat verilmir.

2025/26 mövsümünün yekunlarına əsasən, "İpsviç" İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanıb. Çempionşipin turnir cədvəlində ikinci yeri tutan "traktorçular" İngiltərə çempionatının elit divizionuna birbaşa vəsiqəni təmin ediblər.

Mövsüm başa çatdıqdan sonra "İpsviç" baş məşqçi Kiran Makkenanın komandadan ayrıldığını elan etmişdi. 40 yaşlı mütəxəssis karyerasında fasilə vermək qərarına gəlib.

43 yaşlı Onil daha əvvəl Premyer Liqada "Vulverhempton" və "Bornmut" klublarını çalışdırıb. 2026-cı ilin yanvarında ingiltərəli mütəxəssis Fransanın "Strasburq" komandasına baş məşqçi təyin olunmuşdu. Onilin rəhbərliyi altında komanda Liqa 1-in turnir cədvəlini səkkizinci pillədə başa vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest