Misir milli komandası 2026-cı il dünya çempionatında Yeni Zelandiyanı 3:1 hesabı ilə məğlub edərək tarixi bir nəticəyə imza atıb.

Matc.az xəbər verir ki, bu uğur "fironlar"ın dünya çempionatlarının final mərhələsi tarixində qazandığı ilk qələbə olub.

Ümumilikdə tarixində dördüncü dəfə dünya birinciliyinə qatılan Misir yığması, bu turnir səviyyəsində debütünü hələ 1934-cü ildə etmiş və 1/8 finalda Macarıstana 2:4 hesabı ilə uduzmuşdu.

Şimali Afrika təmsilçisi daha sonra 1990 və 2018-ci illərdə təşkil olunan dünya çempionatlarında iştirak etsə də, həmin turnirlərin heç birində qalib gələ bilməmişdi. Yeni Zelandiya ilə keçirilən son qarşılaşma "fironlar"ın dünya çempionatları tarihindəki 9-cu matçı olub. Komanda bundan əvvəlki 8 oyunda 3 heç-heçə etmiş və 5 dəfə meydandan məğlub ayrılmışdı.

Qeyd edək ki, bu qələbədən sonra iki turdan 4 xal toplayan misirlilər G qrupunda liderliyə yüksəliblər və pley-off mərhələsinə vəsiqəni faktiki olaraq təmin ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest