"Məşqçimizi dəstəkləyəcəyik. Bu, klub komandası deyil".

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu, Türkiyə milli komandasının 2026-cı il dünya çempionatındakı zəif çıxışından sonra baş məşqçi Vinçenzo Montellaya dəstək olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "A Spor" telekanalı yayıb.

Federasiya rəhbəri italyan mütəxəssislə yola davam edəcəklərini və komandada sabitliyin vacibliyini vurğulayıb: "Məşqçimizi dəstəkləyəcəyik. Bu, klub komandası deyil. Sabitliyin olmaması tez-tez klublarda uğursuzluğa səbəb olur. İki gündür ki, müxtəlif məşqçilərin adları hallanır, amma biz eyni yolda olduğumuz məşqçiləri yolda rastlaşdığımız məşqçilərlə əvəz etmirik".

Hacıosmanoğlu mütəxəssisə yönələn tənqidlərə də toxunaraq gələcəyə kökləndiklərini bildirib: "Məşqçini taktiki cəhətdən tənqid etmək olar, amma topun qapıdan kənara çıxmasına görə yox. Hər pis hadisədə bir müsbət tərəf var, ona görə də irəli baxacağıq".

Qeyd edək ki, dünya çempionatında uğursuz çıxış edən "ay-ulduzlular" qrup mərhələsinin ilk iki turunda Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə məğlub olaraq pley-off mərhələsinə yüksəlmək şanslarını vaxtından əvvəl itiriblər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest