İngiltərə Premyer Liqası 2026/27 mövsümünün təqvimini rəsmi saytında dərc edib.

Matc.az xəbər verir ki, yeni mövsümün pərdəsi avqustun 21-də keçiriləcək "Arsenal" - "Koventri Siti" oyunu ilə açılacaq.

Çempionatın ilk turunun digər qarşılaşmalarında avqustun 22-də "Hall Siti" - "Mançester Yunayted", "Everton" - "Kristal Pelas", "İpsviç Taun" - "Sanderlend", "Nottingem" - "Lids", "Brentford" - "Tottenhem" oyunları baş tutacaq.

Avqustun 23-də isə azarkeşlər "Brayton" - "Aston Villa", "Mançester Siti" - "Bornmut" və turun mərkəzi qarşılaşması hesab olunan "Nyukasl" - "Liverpul" matçlarını izləyə biləcəklər.

İlk tura avqustun 24-də London derbisi olan "Fulhem" - "Çelsi" görüşü ilə yekun vurulacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest