19 İyun 2026, 12:41
FUTBOL
Apelyasiya Məhkəməsi PSJ və Mərakeş milli komandasının müdafiəçisi Əşrəf Hakiminin təcavüz ittihamları ilə mühakimə olunacağını təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AFP xəbər agentliyi yayıb.
Nanterre prokurorluğu ulduz futbolçuya qarşı hələ 2023-cü ilin mart ayında ittiham irəli sürüb. Mərakeşli müdafiəçi həmin ilin fevralında polisə şikayət edən 24 yaşlı qadına təcavüz etməkdə təqsirləndirilir.
Nanterre prokurorluğunun tələbi ilə futbolçu 15 ilə qədər həbs cəzası ilə üz-üzədir. Oyunçunun vəkilləri tərəfindən verilən apelyasiya şikayəti məhkəmə tərəfindən rədd edilib və iş üzrə məhkəmə qərarı qüvvədə saxlanılıb.













