İspaniya millisinin baş məşqçisi Luis de la Fuente cinah oyunçusu Lamin Yamalın Səudiyyə Ərəbistanına qarşı start heyətində oynamağa hazırlığını qiymətləndirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN telekanalı yayıb.
Təcrübəli mütəxəssis aprel ayında "Barselona"nın heyətində bud əzələsindən ciddi zədə alan və uzun müddət yaşıl meydanlardan uzaq qalan 18 yaşlı ulduzun vəziyyətini hələ tam təhlil etmədiklərini bildirib. De la Fuente oyunların taleyinin əsasən ikinci hissədə həll olunduğunu vurğulayaraq, Yamalı ilk dəqiqələrdən meydana buraxmaq və ya rəqibin yorğunluğundan istifadə etmək üçün sonradan oyuna daxil etmək barədə hələ yekun qərar vermədiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, iyunun 21-də keçiriləcək İspaniya – Səudiyyə Ərəbistanı matçı öncəsi "buğalar" dünya çempionatının ilk turunda Kabo-Verde ilə qolsuz heç-heçə edib.













