01 May 2026, 10:40
FUTBOL
"Marsel"in futbolçusu Meyson Qrinvud Fransada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
PSJ ingiltərəli vingeri transfer etmək istəyir. Klubu Qrinvudun satışından 80-90 milyon avro gəlir əldə etməyi planlaşdırır.
24 yaşlı vingerlə "Yuventus" və "Atletiko" da yaxından maraqlanır.
Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm "Marsel"in heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 25 qol vurub, 10 qol ötürməsi edib.












