13 Aprel 2026, 15:40
FUTBOL
"İnter"in müdafiəçisi Matteo Darmian A Seriyasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
"Torino" yayda Milan təmsilçisi ilə müqaviləsi başa çatan 36 yaşlı futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi artıq 36 yaşlı sağ cinah müdafiəçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Matteo Darminan bu mövsüm "İnter"in heyətində 7 oyunda meydana çıxıb. Təcrübəli futbolçu 2011-2015-ci illərdə "Torino"da çıxış edib.


_1776098128.jpeg)





_1776088454.jpg)



