"Tvente"nin müdafiəçisi Ryud Neystad karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Barselona" niderlandlı futbolçunu transfer etmək istəyir. Niderland klubu 18 yaşlı mərkəz müdafiəçisi üçün 8 milyon avro tələb edib. Kataloniya təmsilçisi bu məğləği aşağı salmağa çalışır.

Qeyd edək ki, Ryud Neystad bu mövsüm "Tvente"nin heyətində keçirdiyi 24 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest