13 Aprel 2026, 15:29
FUTBOL
Qananın "Berekum Çelsi" klubunun futbolçusu Dominik Frimponq silahlı hücum nəticəsində həlak olub.
Matc.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
"Samarteks"lə səfər oyunundan (0:1) qayıdarkən komandanın avtobusu hücuma məruz qalıb. Bir qrup silahlı şəxs soyğunçuluq məqsədilə yolu bağlayaraq avtobusa atəş açıb. 20 yaşlı hücumçu aldığı güllə yarasından sonra vəfat edib.
Qeyd edək ki, Dominik Frimponq cari mövsümdə komandasının heyətində keçirdiyi 13 oyunda 2 qol vurmuşdu.


_1776098128.jpeg)





_1776088454.jpg)



