"Atletiko" mövsümün sonunda klubdan ayrılacağı açıqlanan Antuan Qrizmanna əvəzləyici axtarır.

Matc.az xəbər verir ki, Madrid təmsilçisinin siyahısında olan futbolçulardan biri "Qalatasaray"da çıxış edən Yunus Akgündür. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

La Liqa nəhəngi Türkiyə millisinin üzvü üçün İstanbul klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. 25 yaşlı vinger bu mövsüm "sarı-qırmızılar"ın heyətində keçirdiyi 35 rəsmi matçda 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest