"İnter"in kapitanı və hücumçusu Lautaro Martines əzələ zədəsindən sağalıb.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Argentinalı futbolçu A Seriyasının 31-ci turunda "Roma" ilə qarşılaşmada əsas heyətdə yer ala bilər.

Xatırladaq ki, "İnter"in hücumçusu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Bodo-Qlimt"ə (1:3) qarşı zədə alıb və təxminən bir ay yarım müddətinə meydandan kənar qalıb.

Bu mövsüm Martines bütün yarışlarda 35 oyuna çıxıb, 18 qol vurub və 4 məhsuldar ötürmə edib.

"İnter" hazırda 69 xalla A Seriyasının turnir cədvəlində birinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest