30 Mart 2026, 13:53
FUTBOL
"Nottingem Forest"in müdafiəçisi Murillo İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Liverpul" braziliyalı futbolçunu transfer etmək istəyir. Mersisayd təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 80 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Nottingem Forest" 2023-cü ilin yayında "Korintians"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "meşəbəyilər"in heyətində keçirdiyi 34 oyunda 2 qol vurub.










_1774869758.jpg)

